Növbəti mövsüm "Çelsi"ni çalışdıracaq "Real"ın sabiq baş məşqçisi Joze Mourinyo onun barəsində "Barselona"nın yarımmüdafiəçisi Andres İnyestanın səsləndirdiyi fikirlərə münasibət bildirib.
Siasport xəbər verir ki, İngiltərə mətbuatına açıqlama verən portuqaliyalı mütəxəssis bu sözləri deyib: "Mən İspaniya futboluna zərbə vurmuşam. Bəlkə zərbəm bu olub ki, "Barselona"nın hegemonluğuna son qoymuşam. Mənim prinsiplərimdən biri də budur ki, hansı klubdan gedirəmsə, artıq keçmiş barədə danışmıram. Mən gələcək haqda fikirləşməyə üstünlük verirəm".
Qeyd edək ki, bu günlərdə mətbuata danışan İnyesta bildirib ki, Mourinyo "Real"da işlədiyi müddət ərzində İspaniya futboluna zərər vururmuş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB