"İnter" 13:0 qələbə qazanıb

İyunun 2-dən Türkiyənin Kartəpə bölgəsində təlim-məşq toplanışında olan "İnter" bu gün hazırlıqlarını başa vuraraq vətənə qayıdacaq. Siasport xəbər verir ki, "bankirlər" əvvəlcə Kartəpədən avtobusla İstanbula, oradan da təyyarə ilə vətənə qayıdacaqlar.

Qeyd edək ki, "İnter" Türkiyə toplanışı zamanı qardaş ölkədə dünən 1 yoxlama oyunu keçirib. Oyun bakılıların "Kartalspor" üzərində 13:0 hesablı qələbəsi ilə yekunlaşıb. "İnter" Bakıda 3 günlük istirahətdən sonra Avstriyaya yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə