Modriç Realda qalmaq fikrindədir

Modriç Realda qalmaq fikrindədir

"Real"ın yarımmüdafiəçisi Luka Modriç komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Siasport xəbər verir ki, xorvatiyalı futbolçu "Kral klubu"ndan getməyə hazırlaşmır.

Modriç mətbuatda gəzən informasiyanı inkar edib: "Mən "Real"dan getməyə hazırlaşmıram, amma digər klublar maraq göstərir. Hər bir uşaq "Real"da oynamağı arzu edir. Mən də istisna deyildim. Çünki indi mənim üçün burada belə imkanlar var və "Real"da qalacam. Təəssüf ki, Mourinyo "Kral klubu"nu tərk etdi. Mənim "Real"a gəlməyimdə onun rolu böyük oldu. Mourinyo çox gözəl məşqçidir. Onunla işləmək mənim üçün şərəf idi. Mən Jozeyə yeni işində uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə