"Qarabağ"ın futbolçusu özünə yeni iş yeri tapdı

"Qarabağ"ın futbolçusu özünə yeni iş yeri tapdı

Müqavilə ilə "Qarabağ"a məxsus olan, lakin son 6 ayı icarə əsasında "Simurq"da keçirən Bəxtiyar Soltanov özünə yeni komanda tapıb.

Siasport xəbər verir ki, hücumçu bundan sonra "Rəvan"ın uğurları üçün tər tökəcək.

Məlumata görə, bu gün Soltanov paytaxt təmsilçisi ilə iki illik müqavilə imzalayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə