Julius Vobayın yeni iş yeri açıqlandı

Julius Vobayın yeni iş yeri açıqlandı

Cənubi Kiprin APOEL klubuna keçəcəyi iddia olunan Julius Vobay sözügedən ölkənin başqa komandası ilə münasibətlərini rəsmiləşdirib. Siasport xəbər verir ki, "Neftçi"dən ayrılan afrikalı oyunçu "Anortosis"ə keçib.

Klub bununla bağlı hələ rəsmi açıqlama yaymasa da, məşhur wikipedia.org saytı onu "Anortosis"in futbolçusu kimi təqdim edib.

Vobay 2011-ci ildə "Universitatea"dan "Xəzər Lənkəran"a keçmişdi (19 oyun, 5 qol). Ötən yay "Neftçi"yə transfer olunan 29 yaşlı yarımmüdafiəçi 31 oyunda 7 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə