"Gənclik şəhərin"də yeni qapıçı

"Gənclik şəhərin"də yeni qapıçı

"Sumqayıt" daha bir futbolçunun transferini rəsmiləşdirib. Siasport xəbər verir ki, "gənclik şəhəri"nin təmsilçisi milli komandanın qapıçısı Anar Nəzirovu heyətinə qatıb. Onunla 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Anar Nəzirov "Qəbələ"dən gəlib. O əvvəllər Sumqayıtda çıxış edib. Belə ki, 27 yaşlı qolkiper 2009/10 mövsümündə "Standard"ın şərəfini qorumuş və məhz bundan sonra "Qəbələ"yə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə