"Sneyder əsas heyətə düşməyə də bilər"

"Sneyder əsas heyətə düşməyə də bilər"

Hollandiya milli komandasının baş məşqçisi Lui van Qal İndoneziya ilə hazırlıq matçından sonra futbolçusu Uelsi Sneyder haqqında açıqlamalar verib.

Siasport xəbər verir ki, təcrübəli mütəxəssis "SBS6"ya açıqlamasında "Qalatasaray"lı yarımmüdafiəçinin oyunlara tam hazır olmadığını deyib.
Bunun üçün də V.Qal sözügedən qarşılaşmada kapitan sarğısını Van Persiye verdiyini bildirib: "Ötən mövsümdə də Sneyder hazır deyildi. Bunu rahatlıqla meydanda görmək olur. Əgər belə davam edərsə, Sneyder heç vaxt kapitan olmayacaq və əsas heyətə də salınmayacaq".

Qeyd edək ki, İndoneziya - Hollandiya matçı 0:3 hesabı ilə ikincilərin xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə