Sumqayıtda dəyişikliklər

Sumqayıt İdman Mərkəzinin tikintisi davam etməkdədir. Siasport xəbər verir ki, hazırda mərkəzin tribunasının dam örtüyünün quraşdırılması yönündə ilkin işlərə yekun vurulub. Dam örtüyünün asma tavanları və çardaq hissəsi isə quraşdırılır. Bundan başqa, Sumqayıt İdman Mərkəzində tablonun və diktor otaqlarının quraşdırılmasına da start verilib. Yaxın günlərdə media otaqları və tablo tam hazır vəziyyətə gətiriləcək. Mərkəzin texniki sahəsində də yenidənqurma işləri aparılır. Paltar dəyişmə otaqları ilə yanaşı, digər texniki otaqların hazırlanması prosesi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə