Erik Ramos “Neftçi”dən pula görə gedib?

Erik Ramos “Neftçi”dən pula görə gedib?

"Neftçi" ilə Azərbaycan çempionu adını qazanan Erik Ramos paytaxt klubu ilə yollarını ayırmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, buna səbəb paraqvaylı futbolçunun məxsus olduğu "Rubio" klubunun Azərbaycan çempionundan daha çox pul tələb etməsidir. E.Ramos ötən mövsümü "Neftçi"də icarə əsasında keçirib. Paytaxt klubu mövsüm başa çatan kimi, çempion heyəti qorumaq üçün E.Ramosu da heyətdə saxlamağa çalışsa da, bu yöndə aparılan danışıqlar uğursuz yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə