Boltu da geridə qoyan tapıldı

Yamaykalı atlet Useyn Bolt "Almaz Liqa" çərçivəsində keçirilən "Golgen Gala"nın Roma mərhələsində uğursuzluğa düçar olub. Siasport xəbər verir ki, 100 metr məsafəyə qaçışda o, finişə amerikalı sprinter Castin Qedlindən sonra çatıb. Useyn Bolt şoka düşdüyünü deyib: "Travmadan sonra müalicəm başa çatmayıb. Uğursuzluğumun da səbəbi budur".

Qedlin 9,94 saniyəlik göstərici ilə lider olub. Useyn Boltun nəticəsi isə 9,95 saniyə idi.

Bütün xəbərlər Facebook səhifəmizdə