"Qalatasaray" dörd futbolçu ilə yolları ayırmaq qərarı verib. Siasport xəbər verir ki, baş məşqçi Fatih Terimin təqdimatı əsasında klub rəhbərliyi Yohan Elmander, Albert Riera, Tomas Ujfalusi və Emmanuel Kulioya özlərinə yeni komanda axtarmalarını tövsiyə edib. Səbəb kimi yeni mövsümdən qüvvəyə minəcək legioner limitinin olduğu göstərilir.
Bu qərarın ardından Ujfalusi klubla yolları ayırıb. Bir çox təklif alan Elmenderin bunlardan birini dəyərləndirəcəyi istisna olunmur. "Cimbom"la iki illik müqaviləsi olan Riera isə burada yüksək maaş olduğu üçün klubdan ayrılmağı düşünmədiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB