“Bu komandada ya Fatih Terim qalmalıdır, ya da mən”

“Bu komandada ya Fatih Terim qalmalıdır, ya da mən”

Bu ilin yanvarında "İnter"dən "Qalatasaray"a transfer olunan hollandiyalı futbolçu Uesli Sneyderin komandasının Türkiyə superliqasında "Gənclərbirliyi"nə 0:1 hesabı ilə məğlub olduğu matçdan sonra qalmaqal törətdiyi üzə çıxıb.

Siasport-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sözügedən qarşılaşmada Sneyder 57-ci dəqiqədə əvəz olunmasına etirazını bildirib.

Matçdan sonra paltardəyişmə otağında futbolçu səsini yüksəldərək "bu komandadan ya Fatih Terim qalmalıdır, ya da mən" deyib. O, əvəzlənməsi ilə əlaqədar klubun prezidenti Ünal Aysalla danışacağını da söyləyib.

Sonra da Ünal Aysal futbolçuya bildirib ki, "Qalatasaray"lı oyunçunun ən əsas vəzifəsi baş məşqçiyə itaət etməkdir. Bundan sonra Sneyder Terimdən üzr istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə