"Fənərbaxça"nın futbolçusu Premyer Liqa yolunda

"Fənərbaxça"nın futbolçusu Premyer Liqa yolunda

"Fənərbaxça" klubunun hücumçusu Musa Sou karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər.

Siasport xəbər verir ki, CSKA (Moskva) klubu seneqallı futbolçu ilə yaxından maraqlanır.

Moskva təmsilçisi Sounun transferi üçün "Fənərbaxça"ya 17 milyon avro təklif edib. "Fənərbaxça" Sounu satacağı təqdirdə "Benfika"nın hücumçusu Oskar Kardozonu transfer edəcək.

Qeyd edək ki, Sou ilə İngiltərənin "Arsenal" klubu da yaxından maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə