Türkiyənin "Beşiktaş" klubu "Arsenal"ın sabiq futbolçusu Andrey Arşavini transfer etməkdən imtina edib.
Siasport xəbər verir ki, klubun nümayəndəsi Əhməd Kavalcı rus oyunçu ilə daha maraqlanmadıqlarını deyib. Səbəb kimi Arşavinin əvvəlki formada olmaması göstərilib.
"Klubumuzun meneceri onun transferini təklif etdi. Biz də futbolçunun nələr etdiyini araşdırdıq. Son iki mövsümdə Arşavinin normal futbol oynamayıb. Buna görə də onu gündəmimizdən çıxardıq. Heç kimi keçmişinə görə transfer etməyəcəyik. Ronaldinyo da bizə uyğun gəlmədi. Digər futbolçularla danışıqlarımız davam edir" - deyə klub nümayəndəsi bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB