Bakı "İnter"i "Qarabağ"ın hücumçusu Vaqif Cavadovla müqavilə imzalayıb. Klub rəhbəri Nikolov transfer mövzusuna aydınlıq gətirib.
Siasport xəbər verir ki,klub rəhbəri Vaqif Cavadovla danışıqların gizli getməsi haqda səslənən fikirlərə də aydınlıq gətirib. Qeyd edib ki, futbolçu ilə mövsümün sonlarından danışıqlar aparıblar, bir həftə əvvəl isə rəsmi razılığa gəliblər.
"Sadəcə, Vaqif Lüksemburqla oyuna görə millinin düşərgəsində olduğundan biz qərara gəldik ki, bu hadda xəbəri hələ açıqlamayaq. Çünki onun düşərgəmizə qoşulacağını gözləyirdik" – deyən G.Nikolov iyunun 7-də baş tutacaq dünya çempionatının Azərbaycan – Lüksemburq matçından V.Cavadovun "İnter"in hazırlığına qoşulacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB