Ey fələk zülmün əyandır,bu necə dövrü zamandır ki, futbolumuz ahu-fəğandır. Allah səni rəhmət etsin Mirzə Sabir. Bu gün Azərbaycan futbolunda ahu-fəğanlardan olan, onları görəndə dəsmal çıxarıb ağladığım,loqolarına "Qız qalasın" qoyubda elə dənizin sahilində qalıb uzaqlara baxan, zolaqlılardan danışacam. Demək belə, gəlin sizinlə oturaq,uzun-uzun susaq!
Susaqmı?-Hə susaq.Çünki,bir yolla Bakı hər kəsi susdurmağa çalışır.Yox mən Bakıya qarşı nəsə deyə bilmərəm yoxsa Elçin (Məmmədov) kimi torbam tikilər.Mən bu gün əl-çalıb Bakının şərəfinə badələr qaldıracam özdə badə nə badə!Bakının çox yaxşı akademiyası,bazası,Land of Fire kimi həngaməsi,çox güclü personalı və əəə bir dəqiqə dayan talışlar demişkən "çi fayda?!" (nə fayda).Gəl başqa aspektən baxaq:Bacarıqsız baş məşqçi,pərən-pərən komanda,məntiqsiz oyun.Cənablar mənə bunların cavabın verin!
Bir-iki nəfər düşüb ortaya hey tərifliyir,a kişi mənim nəyimə gərəkdir sənin bazan ya da yaxşı kollektivin var.Sən futbol klubusan oyun göstərməlisən,şadlıq sarayı deyilsən ki,personalına ya da bazana güvənəsən.Bax hələm o Tofiq Bəhrəmovda çıxardığınız Atletiko biabırçılığandan danışmıram.Elə bil stadionda "sevgi filmi" göstərilirdi hamı susubmuş kimi və maraqsız oyun,stadionda olan hər kəs bir ağızdan BU NƏDİR? ,sonluqda Briliant Dadaşova boş stadiona konsert verdi və getdi.Bir deyim var var,"Sevməyi keç,sevişməyi öyrən!".Bakıya da məsləhətim,sizdə bazanı,marketinqi keçin,futbol öyrənin!Hə bu arada sirkəyə qoyulmuş Bondoviçədə bir bilet alın qoyun getsin.Onunla problemlərinizi həll edəcəyinizi düşünürsüzsə sizin işiniz "xarabdır".Düzdür bəzən qələmim yalvarır ki,bəsdir felyotonlara son ver amma imanım haqqı şərəfim yol vermir sizi yalan yerə tərifləyəm.İnciməyin cənablar mən hələ futbolsuz bazası olan,Land of Fire alqış,ura deyə biləcək qədər ağlımı itirməmişəm.Budurmu aləmi-biabırçılıq,budur hali-müsəlman,gərəkdir edə məhdud öz hegamonluğunu insan.Heç olmasa siz "fahişəlik" təklif etmiyin soyuqda küçədə dilənən Azərbaycan futboluna.Çünki bir çox klublarımız artıq futbolumuzun bakirəliyini zədələyiblər amma siz etmiyin.Nəysə mən sağ,siz salamat mən gedim.Hə bu arada nə badə futbol oynuyun ha ancaq bazaya tikin,ot filan əkin bizi otlar xilas edəcək.Çox gülünc görünürsüz amma mən heç sizə gülə də bilmirəm!
Sabir Bacaran
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB