Voleybol üzrə ÇL-nın püşkünün vaxtı dəqiləşdi

Voleybol üzrə ÇL-nın püşkünün vaxtı dəqiləşdi

Voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasiminin vaxtı elan edilib. Avropanın ən nüfuzlu klub turnirində püşk iyunun 28-də atılacaq. Siasport xəbər verir ki, mərasim Avstriyanın paytaxtı Vyanada baş tutacaq.

Tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri bəlli olacaq. Qadınların turnirində ölkəmizi ardıcıl ikinci il 3 komanda təmsil edəcək. Çempionlar Liqasında ölkəmizin idman şərəfini "Rabitə", "Azərreyl" və "İqtisadçı" qoruyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə