Dmitri Kramarenko rəsmən "Qəbələ"də

Dmitri Kramarenko rəsmən "Qəbələ"də

"Qəbələ" klubu təcrübəli qapıçı Dmitri Kramarenko ilə birillik müqavilə imzalayıb.

Siasport xəbər verir ki, Kramarenko komandada oynayan məşqçi funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, zəngin karyeraya malik qapıçı futbolçu həyatı boyunca "Neftçi", "Dinamo" (Moskva), "Torpedo" (Moskva), "Alaniya" (Vladiqafqaz), MOİK (Moskva), "Baltika" (Kalininqrad), "Karvan" (Yevlax), "Terek" (Qroznı), "Xəzər Lənkəran", "İnter" (Bakı) və "Simurq" (Zaqatala) kimi komandalarda top qovub.

Qeyd edək ki, Dimitri Kramarenko 1992-ci ildən 2005-ci ilədək Azərbaycan milli komandasının qapısını qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə