Türkiyə Futbol Federasiyası (TFF) ölkə superkuboku uğrunda qarşılaşmanın keçiriləcəyi məkanı təxmini müəyyənləşdirib. Siasport xəbər verir ki, "Fənərbaxça" ilə "Qalatasaray" arasındakı görüş böyük ehtimalla Mersin şəhərində baş tutacaq.
Xatırladaq ki, TFF ilk əvvəl bu oyunu Bakıda keçirilməsi ilə bağlı Azərbaycan tərəfə müraciət etsə də, AFFA vaxt məhdudluğunu əsas gətirərək, təklifi rədd etmişdi.
Qeyd edək ki, "Mersin Arena" stadionu 25 min azarkeş tutumuna malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB