İtaliya futbolunun qalmaqallı isimlərindən olan, "Milan"ın və futbol üzrə İtaliya millisinin keçmiş forvardı olan Gennaro Gattuzo, yeni mövsümdə baş məşqçilik edəcək. Siasport.az saytı xəbər verir ki, yaşıl meydanlarda daima qalmaqallı və davakar hərəkətləri ilə yadda qalan veteran futbolçu gələn mövsümdən İtaliya B Seriyasında mübarizə aparan "Palermo" futbol klubunun sükanı arxasında olacaq. "Palermo" prezidenti Maurizio Zamprani bu barədə açıqlama ilə çıxış edib. O bildirib ki, artıq G.Gattuzo ilə razılaşma əldə olunub və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq. Klub prezidenti əmin olduğunu bildirib ki, 35 yaşlı gənc baş məşqçi ilə gələn mövsüm yenidən İtaliya A Seriyasına yüksələ biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB