Səhər fiziki məşğələ, axşam toplu çalışma

Səhər fiziki məşğələ, axşam toplu çalışma

Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter" klubu hazırlıqlarını davam etdirir.

Siasport xəbər verir ki, Türkiyə toplanışının birinci günü 2 məşq prosesini əhatə edib.

Komanda saat 10.30 və 17.00-da məşqə çıxıb. Səhər məşqində "İnter" əsasən fiziki məşğələləri yerinə yetirib. Axşam məşqində isə futbolçular daha çox topla məşq edib, sonra oyunçular bir neçə qrupa bölünüblər və top alma üzərində çalışıblar.

Qeyd edək ki, sabah da iki məşqin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə