"Barselona"nın yeni transferi Neymar Katoloniya klubunda ilk açıqlamasını verib.
Siasport xəbər verir ki, dünən beş illik müqaviləyə imza atan braziliyalı oyunçu "Real"ın təkliflərini rədd etməsindən və "Barselona"nı seçməyinin səbəblərindən danışıb: "Ürəyimin səsini dinlədim. Ona görə bura gəldim. Valideynlərimin sözünə qulaq asaraq, "Barselona"ya görə daha çox pul təklif edən klublara rədd cavabı verdim. Bura son dərəcə duyğulandırıcı yerdir, çox xoşbəxtəm".
Neymar Messi haqda da danışıb: "Dünyanın ən yaxşı oyunçusu Messi buradadır. Onunla bir komandada oynayacağım üçün çox şanslıyam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB