Anatoli Timoşuk "Zenit"ə keçdi

Futbol üzrə son Almaniya çempionu olan və UEFA Çempionlar Liqasının qalibi olan "Bavariya" daha bir futbolçu ilə yollarını ayırıb. Siasport.az saytı xəbər verir ki, bu barədə goal.com idman saytı məlumat yayıb. Məlumata əsasən, "pivəçilərin" ukraynalı futbolçusu Anatoli Timoşuk "Bavariya"nı keçmiş komandası olan "Zenit"ə dəyişib. 34 yaşlı təcrübəli futbolçu bundan sonra Sankt peterburq klubunun uğurları üçün çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə