Cavani: "Real"da oynamaq uşaqlıq xəyalımdır

Cavani: "Real"da oynamaq uşaqlıq xəyalımdır

İtaliyanın "Napoli" futbol klubunda forma geyən Edinson Cavani, arzusunda olduğu komandanın adını açıqlayıb. Siasport.az saytı xəbər verir ki, "Napoli"dəki uğurları ilə Avropanın nəhəng klublarının diqqətlərini üzərinə çəkən ulduz futbolçu, Madrid "Real"ında çıxış etməyin ən böyük arzusu olduğunu elan edib. Yola saldığımız mövsümdə İtaliya A Seriyasında 34 qarşılaşmada 29 qola imza ataraq, komandasının vazkeçilməzi olan, "Napoli" ilə hazırkı müqaviləsində "Yalnız 54 milyon funt-sterlinq müqabilində sərbəst qala bilər" maddəsi ilə transfer qiyməti havalarda uşan E.Covani, Madrid klubuna keçmək istədiyini artıq dilə gətirməyə başlayıb. 26 yaşlı uruqvaylı ulduz futbolçu, "Real"ıda çıxış etməyin onun uşaqlıq xəyalları olduğunu açıqlayaraq, "Əminəm ki, nə vaxtsa bu komandada yer alacam və xəyallarımı gerçəkləşdirəcəm."deyib. Lakin bu futbolçunun "Napoli" ilə hazırkı müqaviləsinin 2015-ci ildə başa çatacağını nəzərə alsaq, onun hansısa komandaya transferinin hazırda real görünmədiyi də ortaya çıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə