Türkiyənin "Sivasspor" futbol klubunun baş məçqçisi postuna gətirilən Roberto Karlos, iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça"nın keçmiş futbolçusu, yeni klubunun güclənməsi üçün var gücü ilə çalışacağını önə sürərək, Avropadan bir neçə ulduz futbolçunu yeni komandasına cəlb edəcəyini dilə gətirib. Braziliyalı futbol əfsanəsi bildirib ki, Diyeqo Luqano və Baptistanı "Sivasspor"da görmək istəyir. "Sivasspor" azarkeşləri və jurnalistləri ilə söhbət edən R.Karlos, yeni komandasının "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" üçün əsl başağrısı olacağını deyərək, iddialı danışıb. 40 yaşlı braziliyalı, bunun üçün həm Türkiyə Superliqasını yaxşı tanıdığını, həm də futbolun sirlərinə yaxşı bələd olduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB