Son vaxtlar adı İstanbulun "Fənərbaxça" futbol klubunun baş məşqçisi olmağa ən real namizəd kimi hallandırılan Mirça Luçesku, İstanbul klubu ilə bağlı konkret mövqeyini bəyan edib. Siasport.az saytı xəbər verir ki, hazırda Donetsk "Şaxtyor"unun baş məşqçisi olan rumıniyalı futbol mütəxəssisi, daima Türkiyənin onun qəlbində başqa bir sevgi ilə yer aldığını deyərək, yenidən İstanbulda koryerasına davam etdirməyi çox istədiyini dilə gətirib. Rumıniyalı futbol mütəxəssisi bununla yanaşı, hazırda Donetsk klubu ilə yeni müqavilə imzaladığını deyərək, "Fənərbaxça"nın digər məşhur futbol mütəxəssisləri ilə anlaşacağına əmin olduğunu dilə gətirib: "Mənim "Şaxtyor"la yeni müqaviləm var. Bu klubda olmaqdan çox xoşbəxtəm. Burada iş rejimi üçün bütün şərait qurulub. Belə olan halda "Şaxtyor"dan getməyim üçün elə bir əsas da yoxdur. Əminəm ki, "Fənərbaxça" yaxşı bir mütəxəssislə razılıq əldə edib uğur qazanacaq."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB