AFFA-dan "Neftçi"yə ağır cəza gəldi!

AFFA-dan "Neftçi"yə ağır cəza gəldi!

Bu gün AFFA İntizam Komitəsininböyük intizarla gözlənilən növbəti iclası kçirilib. Siasport xəbər verir ki, komitə üzvləri ölkə kubokunun finalındakı "Neftçi" – "Xəzər Lənkəran" oyunundan sonra baş verən hadisələrə hüquqi münasibətini açıqlayıb.

İK-nın qərarları çox ağır olub. Xüsusilə, "Neftçi" tərəfi üçün təyin edilən intizam addımları ölkə tarixində rekord həddə olub. "Ağ-qaralar"ın 8 üzvü ümumilikdə 81 oyun cəzalanıb, klub isə 84 min manat cərimə olunub. "Xəzər Lənkəran"ın isə iki futbolçusu ümumilikdə 12 oyun cəza alıb, klub 6 min manat cərimə edilib.

AFFA İntizam Komitəsinin bütün qərarlarını olduğu kimi təqdim edirik

28 may 2013-cü il, 2012/2013 mövsümündə, XXI Azərbaycan kubokunun final "Neftçi" – "Xəzər Lənkəran" matçı başa çatdıqdan sonra baş vermiş hadidsə il’ bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).

"Neftçi" klubunun komanda rəisi Güloğlan Cabbarovun klubda tutduğu vəzifəsindən azad olduğunu nəzərə alaraq, "Neftçi" klubu 40 000 manat cərimə olunur (maddə 38.8).

"Neftçi" klubunun operatoru Dadaş Zeynalov dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanır,klub 6000 manat cərimə olunur (maddə 39.3).

"Neftçi" klubunun məşqçisi Neboşa Manoloviç dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluqcəzalanır, klub 6000 manat cərimə olunur (maddə 39.3).

"Neftçi" klubunun 30 №-li futbolçusu Saşa Stamenkoviç qeyri-etik hərəkətə görə 3 oyunluqcəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.1).

"Neftçi" klubunun 22 №-li futbolçusu Mahir Şükürov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluqcəzalanır, klub 3000 manat cərimə olunur (maddə 39.2).

"Neftçi" klubunun təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanır, klub 6000 manat cərimə olunur (maddə 39.3).

"Neftçi" klubunun təhlükəsizlik xidmətinin 3 üzvü: Əsgərov Elnur, Ağayev Şəhriyar və Seyidov Mirramin dava-dalaşda iştirak etdiyi üçün hər biri 12 oyunluq cəzalanır, klub 18 000 manat cəriməolunur (maddə 39.3).

"Xəzər Lənkəran" klubunun 5 №-li futbolçusu Elnur Allahverdiyev dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 39.2).

"Xəzər Lənkəran" klubunun 21 №-li futbolçusu Rodomir Todorov dava-dalaşda iştirak etdiyinə görə6 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunur (maddə 39.2).

"Neftçi" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).

Qeyd: bu cəzalar yalnız ölkə kubokuna şamil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə