"Barselona" Neymarı iyunun 3-də təqdim edəcək

"Barselona" Neymarı iyunun 3-də təqdim edəcək

İspaniyanın "Barselona" futbol klubu, yeni transfer etdiyi braziliyalı futbolçu Neymar üçün iyunun 3-də rəsmi təqdimat mərasimi keçirəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə katalon klubunun rəsmi saytı məlumat yayıb. Klubun rəsmi saytından verilən məlumata əsasən, braziliya futbolunun yeni ulduz futbolçularından sayılan Neymar, tibbi yoxlanışdan keçəndən sonra "Nou Kamp" stadionunda keçiriləcək mətbuat konfransında mətbuata və azarkeşlərə təqdim olunacaq və onunla rəsmi müqavilə imzalanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə