"Neftçi" mühafizəçilərini cəzalandırır

"Neftçi" mühafizəçilərini cəzalandırır

Bakının "Neftçi" futbol klubunun rəhbərliyinin qərarı ilə, futbol üzrə Azərbaycan kubokununu finalında "Xəzər Lənkəran"la keçirilmiş qarşılaşmadan sonra baş verən olaylar zamanı, vəzifə təlimatlarını düzgün yerinə yetirməyən "Neftçi" PFK-nın Təhlükəsizlik Xidmətinin işinə yenidən baxılması və günahkar şəxslərin cəzalandırılması barədə sərəncam verilib. Siasport.az saytı xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata əsasən, aparılan araşdırmadan sonra təqsiri sübuta yetirilən şəxslər barədə ciddi ölçülərin götürülməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə