Respublika Gününə həsr olunmuş Türk döyüş sənəti SaYoKan üzrə turnir başa çatdı
1918-ci il, 28 mayda müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü ilə bağlı Azərbaycan SaYoKan Federasiyası, "Gələcəyə Baxış" İctimai Hərəkatı, "Gənclərin Həmrəyliyinə Dəstək" İctimai Birliyi, "Narkomaniyaya qarşı Mübarizə" İçtimai Birliyinin dəstəyi və Beynəlxalq Ticarət Mərkəzinin sponsorluğu ilə təşkil olunan Türk döyüş sənəti SaYoKan üzrə turnir baş tutmuşdur. Turnirdə Bakının ( Suraxanı, Sabunçu, Nərimanov, Binəqədi, Yasamal) Sumqayıt, Neftçala, Xaçmaz, Şuşa, Agcəbədi və "Azər Eyvazov adına Sayokan idman klubu" komandalarından 16-17 yaş və 18+ yaşlardan ibarət 100 nəfər seçmə idmançı iştirak etdi. Sayokançılar Alaqan və Baturalp döyüş sistemlərində mübarizə apardılar.
Yarışın açılış mərasimində ilk sözü alan "Gələcəyə Baxış" İctimai Hərəkatın həmsədri və Azərbaycan Sayokan Federasiyasının 1-ci Vitse Prezidenti Aqil Acalov qonaqları salamladı və 28 may Respublika günü ilə əlaqədar iştirakçıları bayram münasibəti ilə təbrik edərək bildirdi ki, "Türk Xalqlarının milli Döyüş sənəti olan SaYokanı ölkəmizdə dəstəkləyən içtimai siyasi xadimlərin sayı günü-gündən artmaqdadır. Buda bizim dayanmadan öz komandamızla sistemli şəkildə apardığımız işlə bağlı olan uğurumuzdu. Bü gün ki, yarışın məqsədi 28 may Respublika gününu qeyd etməkdi. Dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində bütün ictimai təşkilatları milli döyüş sənəti Sayokana dəstək verməyə çağırıram. Bu il baş tutan turnir çox səviyyəli keçdi. Bu işdə müəllimlərin və hazırlanmış hakimlərin zəhməti danılmazdı. Hamıya dərin təşəkkürümü bildirirəm. Xüsusilədə milli döyüş sənəti Sayokana informasiya dəstəyi verən vətənpərvər media nümayəndələrinə" Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Arif Məhərrəmov, A.G.A.T sədri Gülsel Səfərova, "Gələcəyə Baxış" İctimai Hərəkatının həmsədri Əhməd Paşayev, Azərbaycan Sayokan Federasiyasının Vitse Prezidenti Fərid Əlizadə, "Türk Hərəkatı" içtimai birliyi Həbib Ələkbərsoy, A.G.A.T sədr müavini Nərgiz Xələf söz alaraq gənclərin sağlamlığı üçün idmanla məşğul olmağın vacibliyindən və dövlətimizin bu sahədə apardığı məqsədyönlü siyasətdən çıxış edtilər. Rəsmi hissənin sonunda Azərbaycan Sayokan Federasiyasının prezidenti Vasif Namazov qonaqlar SaYokan ebasında döyüş səhnəsinə çıxaraq SaYokan Türk döyüş sənətinin fərqliliklərindən, texnikalarından və üstünlüklərindən danışdı və sonra asistenləri ilə müxtəlif nümunəvi çıxışlar göstərdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB