İstanbulun "Fənərbaxça" futbol klubu, bu mövsüm oynadığı futbol ilə Avropa klublarının diqqət mərkəzinə düşən "Benfika"lı Oskar Kordoza üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, paraqvaylı ulduz futbolçu bir il əvvəl "Fənərbaxça"nın transfer təklifini geri çevirsə də, bu dəfə özü İstanbul klubuna keçməyə təşəbbüs göstərib. Məsələ ondadır ki, Portuqaliya Kubokunun finalında baş məşqçisi Jorge Jesusla yumruq davasına çıxan ulduz futbolçu, artıq komandada qalmağının mümkünsüz olduğunu anlayaraq İstanbul klubu ilə anlaşmağa qərar verib. Türkiyənin "Milliyet" qəzeti yazır ki, onun bu qərarı "Benfika" rəhbərliyinin də ürəyincə olub. Çünki baş məşqçiyə qarşı əl qaldıran və komandada nizam-intizamı pozan bu futbolçunun heyətdə saxlanılması "Benfika"da böyük problemlərə səbəb olardı. "Milliyet" yazır ki, "Benfika" "Fənərbaxça"nın 12 milyon avroluq təklifini qəbul etməyə razı olub. Ulduz futbolçunun da, Qətər klublarından aldığı yüksək məbləğli transfer təkliflərini rədd edərək, "Fənərbaxça"ya transfer olmaq istədiyi məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB