"Fulhem"in türk əsilli futbolçusu "Qalatasaray"la əl sıxışdı!

"Fulhem"in türk əsilli futbolçusu "Qalatasaray"la əl sıxışdı!

İstanbulun "Qalatasaray" futbol klubu, daha bir transferi reallaşdırmağa nail olub. Siasport.az saytı Türkiyənini nüfuzlu "Milliyet" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən "Fulhem" klubunda oynayan türk əsilli Kerim Frei ilə prinsilial anlaşma əldə edib. Qəzetin yazdığına görə "cim bom" bu transfer üçün ingilis klubuna 2,3 milyon avro ödəyəcək. Futbolçunun özü isə "Qalatasaray"da illik 1,4 milyon avro məvacib alacaq. 19 yaşlı futbolçu ilə bu həftə 1 illik müqavilə imzalanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə