Bir çoxları Joze Mourinyonun Madrid "Real"ından getməsindən sonra onun həmyerlisi olan Kriştiyanu Ronaldonun da komandanı tərk edəcəyi barədə mülahizələr yürüdürdülər. Siasport.az saytı xəbər verir ki, bütün bu deyilənlərin əksinə olaraq, kral klubu portuqaliyalı ulduz futbolçunu komandada saxlamaq istəyir. Belə ki, "Real"ın prezidenti Fiorentino Perez, K.Ronaldonu transferə çıxarmaq kimi bir niyyətlərinin olmadığını deyib: "Onu dünyanın ən çox qazanan futbolçusu edəcəyik. Ronaldo "Real" üçün olduqca vacib futbolçudur. Keçən il mənə komandada xoşbəxt olmadığını söylədi. Biz onun "Real"da xoşbəxt olması üçün əlimizdən gələn hər şeyi etdik. İndi aramızda heç bir problem qalmayıb. Əminəm ki, yeni mövsümdə Ronaldo "Real"ın uğurları üçün çox əmək sərv edəcək"- deyə F.Perez fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB