“Fənərbaxça”-“Qalatasaray” derbisinin Bakıda keçirilməsi üçün ilk rəsmi addım atıldı
Xəbər verdiyimiz kimi, avqustun 11-də Türkiyə Superkuboku uğrunda "Qalatasaray" və "Fənərbağça" komandaları arasında oyun keçiriləcək. Siasport.az saytı xəbər verir ki, neçə gündür ki, qardaş Türkiyə mətbuatında "Qalatasaray" və "Fənərbaxça" arasında baş tutacaq bu prinspial qarşılaşmanın Bakıda keçiriləcəyi ilə bağlı məlumatlar yer almışdı. Artıq iki nəhəng futbol klubunun növbəti derbisinin Azərbaycan paytaxtında keçirilməsi ilə bağlı ilk rəsmi addım atılıb. Belə ki, həmin oyunun Bakıda təşkil olunması ilə bağlı Türkiyə Futbol Federasiyası AFFA-ya rəsmi məktub ünvanlayıb. AFFA tərəfindən bu müraciətə iyunun 3-dək cavab verilməsi xahiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB