"Xəzər Lənkəran"ın müdafiəçisi Elnur Allahverdiyev Azərbaycan kubokunun "Neftçi"yə qarşı keçirilən final oyunundan sonra yaşanan qalmaqala münasibət bildirib.
Siasport xəbər verir ki, jurnalistlərə açıqlamasında insidentin böyüməsinə "Neftçi"nin futbolçularından birinin "Xəzər Lənkəran"ın oyunçusu Kamran Abdullazadəni vurmasının səbəb olduğunu bildirib.
"Əgər bunu mən etsəydim, deyərdilər ki, Elnur dəlidir, müalicəyə göndərmək lazımdır. Cəsarəti vardısa, gəlib məni vurardı". – deyən E.Allahverdiyev bu qalmaqala görə əvvəlcə mükafatlandırmaya qatılmaq istəmədiklərini, sonradan fikirlərini dəyişdiklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB