"Santos"dan "Barselona"ya transfer olunan Neymar yeni klubu haqda danışıb.
Siasport xəbər verir ki, Kataloniya klubunun rəsmi saytına açıqlamasında braziliyalı hücumçu deyib ki, "Barsa"da oynamaq hər zaman onun xəyalı olub: "Bunun reallaşdığı üçün Allaha şükür edirəm. Messi, Xavi, İnyesta kimi futbolçularla yanaşı oynamaq qürurvericidir. Sanki yuxudayam. İndidən yeni klubumu düşünürəm".
21 yaşlı futbolçu gələcəkdə yenidən keçmiş komandasında oynamaq ehtimallarının olduğunu da qeyd edib: "Santos"un qapısı üzümə hər zaman açıqdır. Ümid edirəm ki, bir gün yenidən həmin klubunun formasını geyinəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB