Simurqdan yeni addım

"Simurq" daha bir transferini rəsmiləşdirib. Siasport xəbər verir ki, Zaqatala təmsilçisi ötən mövsüm AZAL-da forma geyinmiş Amil Ağacanovla 2 illik müqavilə imzalayıb. Klubun rəsmi saytının verdiyi xəbərə görə, təcrübəli əlcək ustası Zaqatala təmsilçisinin heyətində 35 nömrəli forma ilə çıxış edəcək.

Amil karyerasının son iki mövsümünü AZAL-ın heyətində keçirib və 19 oyunda meydana çıxıb. Bundan qabaq isə "Muğan"da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə