Vilanova Neymarın “Barselona”ya transferindən danışdı

Vilanova Neymarın “Barselona”ya transferindən danışdı

"Barselona"nın baş məşqçisi Tito Vilanova Neymarın komandaya transferini şərh edib.

Siasport xəbər verir ki, təcrübəli mütəxəssis brazilyalı hücumçunun pulu deyil, karyerasını fikirləşdiyini deyib: "Neymarı komandaya transfer edənlərə təşəkkürümü bildirirəm. Ona daha yaxşı təkliflər gəlsə də, bizi seçdi. Neymar Kataloniya klubuna çox rahatlıqla uyğunlaşa biləcək. Əminəm ki, o, Avropada da uğurlu çıxış edəcək və bizim daha da güclənməyimizə kömək edəcək. Neymar axtardığımız oyunçu idi. İki il yarım idi ki, onu transfer etmək istəyirdik".

Vilanova həmçinin qeyd edib ki, Neymar peşəkar futbolçudur: "Onun göstərdiyi oyun hamının marağına səbəb oldu. Belə bir hücumçuya sahib olmaq bir xəyal idi".

Qeyd edək ki, Kataloniya klubu brazilyalı hücumçu ilə beş illik müqavilə bağlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə