Radamer Falkao 60 milyon avroya "Monako"ya keçir?

Radamer Falkao 60 milyon avroya "Monako"ya keçir?

Hazırda Madrid "Atletiko"sunda çıxış edən Radamer Falkaonun futbol karyerasını Fransada davam etdirəcəyi məlum olub. Siasport.az saytı xəbər verir ki, bu barədə "Evrosport" məlumat yayıb. Xəbərə görə, yenicə Fransa çempionatının güclülər dəstəsinə çıxan "Monako" futbol klubu, kolumbiyalı futbolçu ilə şəxsi razılıq əldə edib və onu transfer etmək üçün hərəkətə keçib. "Evrosport"un yazdığına inansaq, R.Falkao bu gün Monakoya gələrək tibbi müayinədən keçəcək. Məlumata əsasən, tərəflər bu ulduz futbolçunun transferi üçün düz 60 milyon avroya razılaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə