Sabah futbol üzrə UEFA Çempionlar Liqasının finalında "Bavariya" ilə üz-üzə gələcək Dortmund "Borusssiya"sında yüksək əhval ruhiyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, Yurgen Kloppun yetirmələri, Bundesliqada əzəli rəqibləri olan "pivəçilərə" bu dəfə Çempionlar Liqasının finalında güclərini göstərməli olacaqlar. Dortmund təmsilçisinin futbolçuları, tarixində ilk dəfə Çempionlar Liqasının finalına çıxan komandaya çempionluq qazandırmaq üçün rəqib üzərində əzmkar qələbəyə ümid edirlər. Komandanın türk əsilli futbolçusu İlkay Gündoğan iddialı açıqlama ilə çıxış edib. O, "Bavariya"nın yenilməz komanda olmadığını bəyan edərək, sabahkı qarşılaşmada bütün komandanın bir nəfər kimi mübarizəyə atılacağını elan edib. Artıq futbolçuların ancaq və ancaq qələbə üçün hazırlaşdıqlarını deyən türk əsilli futbolçu, əsl güclərini orataya qoyacaqlarını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB