"Barselona"nın futbolçusu Lionel Messi katalon klubunda 10 nömrəli forma geyinməsinin səbəbləri haqda danışıb
Siasport xəbər verir ki, argentinalı hücumçu qeyd edib ki, bu nömrə ilə klubun ən önəmli futbolçuları oynayıb.
Komandanın sabiq futbolçusu Ronaldinyodan sonra bu nömrə altında çıxış etməkdən qürur hissi keçirdiyini deyən Messi brazilyalı hücumçu haqqında tərif dolu sözlər deyib: "O, klub adına çox önəmli işlərə imza atıb. Ronaldinyo kimi bir oyunçudan sonra bu formanı geymək mənim üçün daha çox məsuliyyətdir".
Qeyd edək ki, 2008-ci ilə qədər 20 və 19 nömrəli forma geyinən Messi Ronaldinyonun "Milan"a transfer olunmasından sonra 10 nömrəli formanı geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB