Mövsümün sonunda "Real"dan ayrılacaq Joze Mourinyonun "Çelsi"yə transfer olunacağı vaxt müəyyənləşib.
Siasport-un Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis iyun 2-də London klubu ilə dörd illik müqavilə imzalayacaq. Mourinyonun bu müqaviləyə əsasən həftədə 250 min funt-sterlinq qazanacağı bildirilir.
Qeyd edək ki, 50 yaşlı mütəxəssisin "Çelsi"yə özü ilə fiziki hazırlıq üzrə köməkçisi Rui Faria və qapıçılarla işləyən məşqçi Silvano Louronu da aparacağı iddia edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB