"Trabzonspor"un qapıçısı Tolğa Zengin, dünənki Kubok oyunundan sonra onları məğlub edərək altıncı dəfə futbol üzrə Türkiyə Kubokunu qazanan "Fənərbaxça" klubuna sərt ittihamlar səsləndirib. Siasport.az saytı xəbər verir ki, "Trabzonspor"un "Fənərbaxça"ya 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra protokolda Kuboku başı üzərinə qaldıran "Fənərbaxça"lı futbolçulara boylanan T.Zengin: "Siz əsl saxtakarsınız." deyə bağıraraq onları təhqir etməyə başlayıb. Türkiyə Futbol Federasiyasının nümayəndələrinin müdaxiləsindən sonra qapıçını sakitləşdirmək mümkün olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB