Pelleqrini ilə yollar ayrılır

Pelleqrini ilə yollar ayrılır

La Liqa klublarından "Malaqa" mövsüm sonunda baş məşqçisi ilə yollarını ayıracaq.

Siasport xəbər verir ki, "Malaqa" öz rəsmi saytından verdiyi məlumata görə gələcək mövsümdən etibarən argentinalı baş məşqçi komandanın başında olmayacaq. Adı "Mançester Siti" ilə hallanan Pelleqrini verdiyi açıqlamada "Malaqa" ilə dostluqlarının davam edəcəyini bildirib: "Bəli, mən "Malaqa"dan ayrılıram, ancaq bu klubla olan dostluğum davam edəcək".

Təcrübəli çalışdırıcı adının "Mançester siti" ilə hallanmasına da aydınlıq gətirib: "Hələlik "Mançester Siti"nin baş məşqçisi olmağımla bağlı fakt yoxdur və heç bir klubla danışıqlar aparmamışam".

Bütün xəbərlər Facebook səhifəmizdə