“Barselona” Vilanovanı istefaya göndərir

“Barselona” Vilanovanı istefaya göndərir

"Barselona" baş məşqçiləri Tiyo Vilanovanı istefaya göndərmək məsələsinə baxır. Siasport-un sport.es saytına istinadən yaydığı xəbərə görə, gənc mütəxəssis səhhətindəki problemlər səbəbindən klub rəhbərliyinə müraciət etmək fikrindədir.

Əgər istefa gerçəkləşsə, o zaman komandaya "Valensiya"nın çalışdırıcısı Ernesto Valverdin gətiriləcəyi gözlənilir.

Xatırladaq ki, qulaqaltı vəzində xərçəng aşkarlanan Vilanova uzun müddət bərpa prosesi keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə