“Fənərbaxça” kuboka sahib çıxdı

“Fənərbaxça” kuboka sahib çıxdı

Türkiyə Ziraat Kubokunun final mərhələsinin oyunu keçirilib. Siasport xəbər verir ki, finalda "Fənərbaxça" "Trabzonspor"la üz-üzə gəlib.

Avropa Liqasından və Türkiyə çempionluğundan əli üzülmüş "Fənərbaxça" tək təsəlli kimi kuboku klub muzeyinə aparmaq niyyətində idi. İlk dəqiqələrdən hücuma atılan "sarı lacivərtlər" 9-cu dəqiqədə Mussa Sounun qoluna sevindi. Mehmet Topalın ötürməsini qola çevirən Sounun qolu oyunda yeganə oldu. 90 dəqiqənin sonunda kuboka sahib çıxan tərəf Aykut Kocamanın yetirmələri oldu. Beləliklə, "Fənərbaxça" tarixində 6-cı dəfə kuboka sahib çıxdı.

Fənərbxça – Trabzonspor 1:0
Qol: Mussa Sou, 9.
Fənərbaxça: 34. Mert Günok, 77. Gökhan Gönül, 2. Egemen Korkmaz, 6. Josef Yobo, 3. Hasan Ali Kaldırm, 5. Mehmet Topal, 25. Emre Belözoglu, 11. Dirk Kuyt, 16. Kristian, 7. Mussa Sou, 99. Pierre Vebo.
Ehtiyat oyunçular: 85. Serkan Kırıntılı, 4. Bekir İrtegun, 9. Miroslav Stok, 23. Semih Şentürk, 28. Beykan Şimşek, 38. Mehmet Topuz, 88. Caner Erkin
Baş məşqçi: Aykut Kocaman
Trabzonspor: 29. Tolga Zengin, 30. Serkan Balcı, 23. Remzi Giray Kacar, 22. Mustafa Yumlu, 5. Marek Çex, 15. Didye Zokora, 14. Soner Aydoğdu, 40. Volkan Şen, 10. Adrian Mierzejevski, 92. Olcan Adin, 21. Halil Altintop
Ehtiyat oyunçular: 1. Onur Recep Kıvrak, 91. Zeki Yavru, 28. Ondrey Çelustka, 27. Marek Sapara, 18. Aykut Akgün, 11. Yasin Öztekin, 12. Paulo Enrike.
Baş məşqçi: Tolunay Kafkas.
Sarı vərəqələr: Didye Zokora, Emre Belözoğlu, Dirk Kuyt, Mert Günok, Aykut Akgün, Tolqa Zengin, Pyerre Vebo.

Bütün xəbərlər Facebook səhifəmizdə