"Real" rəhbərliyi Qaret Beyli transfer etmək üçün cəhdlərinə ara vermir. Siasport xəbər verir ki, əsasən Florentino Peres uelsli futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır.
Bundan əlavə kral klubu puldan başqa "Tottenhem"ə daha bir futbolçu verə bilər. Bunlar Pepe, İquayn, Kuentrao və Di Mariyadı. Çox güman ki, İngiltərə klubu bu təklifi rədd edəcək. Onlar daha artıq məbləğ tələb edirlər. Lakin Peresin 65 milyon avro təklif edəcəyi də gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB