"Barselona" futbolçusu Adriano Korreya ilə müqavilənin müddətini daha dörd il uzadıb. Siasport xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Adriano klubun ən önəmli futbolçularında biridir. Müdafiəçi olaraq həm sağ, həm də sol cinahda möhtəşəm oyun sərgilədi. Onunla müqaviləni 2017-ci ilə qədər uzatdıq".
Qeyd edək ki, 2010-ci ildə "Sevilya"dan katalon klubuna transfer olunan 28 yaşlı oyunçu indiyə kimi çıxdığı 105 matçda 10 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB