Azərbaycan idmançıları olimpiadada nə yeyəcək?

Azərbaycan idmançıları olimpiadada nə yeyəcək?

2014-cü il Soçi Qış Olimpiya Oyunları zamanı Azərbaycan nümayəndə heyətinə Olimpiya Kəndində təklif olunacaq yeməklər açıqlanıb. Siasport xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin təsdiqlədiyi menyuya rus, Avropa və Asiya mətbəxindən yeməklər daxil edilib.

Eyni zamanda siyahıda vegeterian və halal yeməklərə də yer verilib. Sutkaboyu açıq İsveç stolu istisna olmaqla, səhər, günorta, axşam və gec nahar üçün menyu günaşırı dəyişəcək. Olimpiyaçılarımız Rusiya mətbəxindən vineqret, blinilər, pendir-çörək, solyanka, befstroqan və göbələklə qarabaşaq dada biləcəklər.

Yarış iştirakçıları və nümayəndə heyətinin üzvləri iki Olimpiya Kəndində yerləşdiriləcəklər. Onlardan biri dəniz kənarında, ikincisi isə dağlardadır. Olimpiada gələn il fevralın 7-dən 23-dək keçiriləcək.

Qeyd edək ki, hələlik 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına 2 dağ xizəkçimiz və fiqurlu konkisürənlərdən ibarət duetimiz lisenziya qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə