"Xəzər Lənkəran" mövsümlər arası fasilə başlayan kimi transfer çalışmalarını sürətlə davam etdirir.
Siasport xəbər verir ki, ilk olaraq daxili çempionatda çıxış edən səviyyəli və perspektivli futbolçuların transferi üzərində çalışan klub artıq iki transferi reallaşdırmışdı. Bu gün isə, Zohair Benouahidən sonra daha bir futbolçu "ağ-yaşıl" rənglərə bağlanıb. Azərbaycan millisinin üzvü, Zaqatalanın "Simurq"klubunun kapitanı Rasim Ramaldanov "Xəzər Lənkəran"la iki illik müqavilə imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB